Yuxarı
loading...
loading...

İspaniya sahillərində 400-dən çox miqrant aşkarlandı

23.07.2018 15:25 Oxunma sayı: 1360


Xilasetmə xidməti İspaniya sahillərində 438 miqrant aşkar edib.
 

19 qayıqda olan miqrantlar miqrasiya mərkəzlərinə çatdırılıb.
Qeyd edək ki, son vaxtlar İspaniyaya miqrant axını kəskin şəkildə artıb.

Beynəlxalq miqrasiya təşkilatının statistikasına görə, yanvarın birindən iyulun 20-dək 18 653 nəfər (İtaliya 17 838 nəfər, Yunanıstan 14 940 qəbul etmişdir) qərbdə Aralıq Dənizinə keçib. 1490 nəfər həlak olub (onlardan 294-i İspaniyaya istiqamətində).


loading...