Yuxarı
loading...
loading...

Rusiya nüvə silahlarının gücünə görə ABŞ-ı üstələyir

23.07.2018 15:45 Oxunma sayı: 1373


Mərkəzi Kəşfiyyat İdarəsinin və ABŞ müdafiə güclərinin gəldiyi nəticəyə görə, Rusiyanın nüvə silahları ABŞ-la müqayisədə daha güclüdür.
 
Bu haqda "SofRep” portalında yazı dərc edilib.
ABŞ müdafiə qüvvələrinin keçmiş əməkdaşları müxtəlif nüvə bombalarının gücünü müqayisə ediblər. Onların məlumatına görə, 2-ci Dünya Müharibəsi zamanı ABŞ-ın Yaponiyaya atdığı nüvə bombaları 15 və 21 kiloton gücə malik olublar.
 
Yazı müəllifləri qeyd ediblər ki, Şimali Koreyanın ən dağıdıcı bombası 250 kiloton gücə malikdir. Lakin ABŞ-ın "Minitmen” qitələrarası ballistik raketlərinin döyüş başlıqlarının dağıdıcı gücü 475 kilotondur.
 
Məqalədə bildirilib ki, Rusiyanın ən yeni nüvə silahları başqa ölkələrdən olan analoqları əhəmiyyətli dərəcədə üstələyir.
Məsələn, "Sarmat”ın gücü 50 min kilotona yaxındır, "Status-6” torpedosunun gücü isə 100 min kilotona bərabərdir.
 
Mütəxəssislər vurğulayıblar ki, bu göstəricilərə görə Rusiyanın nüvə silahlarının dağıdıcı gücü Amerika nüvə silahlarını üstələyir


loading...