Yuxarı
loading...
loading...

Azərbaycanlı qadınları Ankarada satan Gülər ələ keçdi

21.07.2018 11:32 Oxunma sayı: 1383


Azərbaycan qadınlarını Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxsin barəsində cinayət işi başlanıb.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Gülər Məmmədova saxlanılıb.

Güllər Məmmədovanın Azərbaycan Respublikası vətəndaşı olan qadınları Türkiyə Respublikasının Ankara şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.


loading...