Yuxarı
loading...
loading...

Hindistanda inəyə görə müsəlman öldürüldü

21.07.2018 12:28 Oxunma sayı: 1399


Hindistanın Racastan ştatında bir neçə hindus inək qaçaqmalçılığında şübhəli bilinən müsəlmanı döyərək ölümcül vəziyyətə salıblar.

Bu barədə “Röyter” agentliyi məlumat yayıb.

Hücum edən şəxslərin 5 nəfər olduğu bildirilib.

Ölümcül vəziyyətə salınan müsəlman xəstəxanaya çatdırılan zaman yolda həlak olub.

Qeyd edək ki, hinduizm dinində inək müqəddəs heyvan sayılır. 2014-cü ildə hazırkı Baş nazir Narendra Modinin rəhbərlik hind millətçilərinin hakimiyyətə gəlməsindən sonra inəklərə zərər verilməsinə qarşılıq olaraq qisas alınması cəhdləri artıb.


loading...