Yuxarı
loading...
loading...

İranın daha bir şəhəri ayağa qalxdı - VİDEO

21.07.2018 22:21 Oxunma sayı: 1415


İranın Şiraz şəhərində su və işıqların tez-tez kəsilməsindən təngə gələn əhali küçələrə axışıb.

Onlar insanların isti hava şəraitində sudan və elektrikdən məhrum qalmasına və yerli məmurların səriştəsizliyinə qarşı etiraz aksiyası keçiriblər.

Dünən axşam saatlarında Şirazda yolları bağlayan etirazçılar, avtomobillərin hərəkətinə mane olaraq, yerli məmurları şəhərdə yaranmış ağır vəziyyətə görə cavabdeh olmağa çağırıblar. Gecə saatlarına qədər davam edən dinc aksiyada, etirazçılar rəsmilərin ölkə vətəndaşlarının durumuna laqeyd qalmasına qarşı şüarlar səsləndiriliblər. Etirazlarda mümkün həbslərin olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.

Qeyd edək ki, son həftələr İranın bir neçə şəhərində, o cümlədən də Borazcan, Xürrəmşəhr, Əhvaz, Abadan, Şadqan və İsfahanda su qıtlığından, həmçinin, vaxtaşırı əhaliyə çirkli suyun verilməsindən əziyyət çəkən on minlərlə insan küçələrə axışaraq hökumətə qarşı şüarlar səsləndiriblər.


loading...