Yuxarı
loading...
loading...

“Cinsi əlaqədə olmaq istəmədiyim üçün məni Adnan Oktarın yanına apardılar” – ŞOK İFADƏ

21.07.2018 17:36 Oxunma sayı: 1580


Adnan Oktar şəbəkəsinə qarşı davam edən istintaqla bağlı ifadə verənlərin bəziləri açıq şəkildə, bəziləri isə şərti ad altında şikayətlərini bildiriblər.

Onlar Adnan Oktar və şəbəkəsinin iç üzünü açıb-töküblər.

Şərti adla ifadə verən zərərçəkənlərdən biri cinayətkar şəbəkədən uzaqlaşmaq istəyənlərə Adnan Oktarın verdiyi cəzaları və onlara hansı təzyiqlər göstərildiyi barədə şok açıqlamalar edib:

“Şəbəkədən uzaqlaşmaq istəyənləri Adnan cəzalandıraraq onlara aid evlərdə saxladı. Onların tərkibindən uzaqlaşmaq istəyənlərə nümunə göstərdi. Bu şəkildə şəbəkədən uzaqlaşmaq istəyənlərə mane olmağa çalışırdılar”.

Bir başqa zərərçəkən isə şəbəkəyə necə qoşulduğunu və bəzi tələbləri qəbul etməyəndə təzyiq üçün Adnan Oktarın yanına aparıldığını deyib:

 

“İki xanım ilə tanış oldum. Onlar da məni reklam işi ilə məşğul olan bir nəfərlə tanış etdilər. Onun vasitəsi ilə Adnan Oktarın qrupuna qoşuldum. Şəbəkə üzvləri müxtəlif formada cinsi əlaqədə olurdular. Cinsi əlaqədə olmaq istəmədiyim üçün məni Adnan Oktarın yanına apardılar. Adnan Oktarın söylədiklərini etməyimi və edəcəyim təqdirdə savab qazanacağımı bildirdilər. Bu qrupdan çıxmaq üçün çox çalışdım. Məni və mənim kimi çox insanı aldatdılar. Maddi və mənəvi məhv etdilər. Qeyri əxlaqi əlaqəyə məruz qoyan, əllərində foto və görüntülər olduğunu söyləyərək təhdid və şantajla qrupda saxlamağa çalışan, Mehdi olduğunu iddia edən Adnan Oktar adlı şəxsdən şikayətçiyəm”.

Adı açıqlanmayan bir qız isə sevgilisinin Adnanın dəstəsindən olduğunu bilsə də, ondan ayrılmamaq üçün səbr etdiyini bildirib:

“Mən də Adnanın evinə gedirdim onunla. Orada cinsi əlaqə sərbəst idi. Orada məni psixoloji, mənəvi və maddi məhv etdilər”.


loading...