Yuxarı
loading...
loading...

99 milyon illik ilan balası skeleti tapıldı

20.07.2018 13:33 Oxunma sayı: 1440


Myanmada dinozavrlar dövründə yaşadığı təxmin edilən, 99 milyon il əvvələ aid ilan balası skeleti tapıldı.

Skeletin üzərini örtən kəhrəba sayəsində qorunduğu bildirilir.

Kanadadakı Alberta Universitetindən professor Maykl Kaldvell 99 milyon il əvvələ aid skeletin bu ana qədər dünyada olan ən qədim bala ilan qalığı olduğunu və Kretase dövründə Myanma meşələrində yaşadığını ifadə etdi.

Skeletin şəfəq ilanı növünə aid olduğu bildirilib. Üzərindəki bitki və həşərat hissələrinin isə ilanın meşədə yaşadığına işarə edir.


loading...