Yuxarı
loading...
loading...

Türkiyə Suriyaya tanklar göndərdi

20.07.2018 12:46 Oxunma sayı: 1323


Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı” və "Zeytun budağı” əməliyyatları çərçivəsində Suriyanın terror təşkilatlarından təmizlənmiş ərazilərinə hərbi texnikadan ibarət konvoy göndərib. 
 
Türkiyənin müxtəlif vilayətlərindən gətirilən hərbi texnikalar Kilis şəhərinə gətirilib. Öncüpınar sərhəd-keçid məntəqəsində toplanan texnika buradan Suriyaya daxil olub. Hərbi konvoyda özüyeriyən artilleriya qurğuları və tanklar yer alıb.
 
Sərhədi keçən hərbi texnikaların Türkiyə ordusunun Suriyadakı bazalarında yerləşdiriləcəyi bildirilir.
 
 

loading...