Yuxarı
loading...
loading...

Dünyanın neft ehtiyatları azalacaq

20.07.2018 12:54 Oxunma sayı: 1401


OPEK+ sazişinin yerinə yetirilməsi monitorinqi üzrə texniki komitənin sədri və OPEKdə Səudiyyə Ərəbistanının nümayəndəsi Ədib əl-Əama ilin ikinci yarısında neft ehtiyatlarının sürətlə azalması proqnozu ilə çıxış edib.

Əl-Əama bunu neftə olan davamlı tələbat və mövsümi amillərlə əsaslandırıb.

O qeyd edib ki, iyulda Səudiyyə Ərəbistanının neft ixracı təqribən iyun ayı səviyyəsində qalacaq, amma avqustda sutkada 100 min barrelə yaxın azalacaq.  

Əl-Əama əlavə edib ki, Səudiyyə Ərəbistanı yalnız istehlakçılara tələb olan həcmdə neft ixrac edir və bazara müştərilərin tələbatından artıq neft çıxarmağa cəhd göstərmir.

Qeyd edək ki, OPEK və təşkilata üzv olmayan bir ısra digər ölkələr (OPEK+) 2016-cı ilin sonlarında 2017-ci ildə neft hasilatının sutkada 1,8 milyon barrel azaldılmasına dair razılığa gəliblər.

Sazişin müddəti iki dəfə uzadılıb, son dəfə - 2018-ci ilin sonunadək.


loading...