Yuxarı
loading...
loading...

Alimləri mat qoyan qucaqlaşmış skeletlər - FOTO

20.07.2018 11:55 Oxunma sayı: 1386


Ukraynalı arxeoloqlar hər kəsi təəccübləndirən qədim məzar aşkarlayıblar.
 
Ternopil şəhəri yaxınlığında yerləşən Petrikiv kəndində aşkarlanan 3 min illik məzarda bir-birinə sarılmış şəkildə qadın və kişi tapılıb. Lakin sümüklərin tədqiqatı arxeoloqları şoka salan faktı ortaya çıxarıb. Məlum olub ki, kişinin ölümündən sonra qadın da diri-diri qəbirə girib.
 
Arxeoloqlar qadının çox sevdiyi adamla birlikdə sonsuzluğa çata bilməsi üçün diri-diri basdırılmağa razı olduğunu düşünür. Tunc dövründə yaşayan Vısotskaya mədəniyyətinə məxsus cütlüyün basdırılma forması marağa səbəb olub. Kişinin yanında basdırılan qadının qolları və ayaqları ilə ona sıx sarıldığı görünür. Cütlüyün öz dövründə nadir hallarda müşahidə edilən eşq yaşadığı ehtimal olunur.
 
Qadının qəbiri qazanlar tərəfindən bu pozada basdırılması versiyası da irəli sürülüb. Ancaq mütəxəssislər bir ölünü bu pozada yatırmağın imkansız olduğunu bildirərək versiyaya qarşı çıxıblar.
 
"Canlı şəkildə əri ilə qəbirə girərək ölməyə qərar verdiyi görünür” – professor Mikola Bandrivski deyib.
 
Qadında basdırılmadan əvvəl qorxduğunu bəlli edən panika əlamətləri aşkarlanmadığı üçün zəhər içməsi ehtimal edilir.
 
 
 

loading...