Yuxarı
loading...
loading...

“WhatsApp”da yeni funksiya

20.07.2018 12:26 Oxunma sayı: 1332


“WhatsApp” mesajlaşma platformasında qruplarda və ya şəxsi yazışmalarda ardı-arası kəsilməyən ismarışlardan qurtulmaq üçün yeni funksiya istifadəyə verilib.

Artıq bir qrupdan və ya şəxsdən 50-dən çox ismarış gələrsə, bildiriş panelində həmin söhbəti səssizə almaq mümkün olacaq.

Funksiya hazırda “WhatsApp” tətbiqinin “Play Store”dakı “Beta 2.18.216” versiyasında aktivdir.

Hazırda sınaq mərhələsində olan funksiyanın yaxın vaxtlarda hər kəs üçün əlçatan olacağı gözlənilir.


loading...