Yuxarı
loading...
loading...

İranda terrorçu dəstə zərərsizləşdirilib

19.07.2018 23:21 Oxunma sayı: 1265


İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİİKK) Kirmanşah vilayətində böyük terrorçu dəstəni zərərsizləşdirib.

Xarici ölkələrdən Kirmanşah vilayətinə toplaşan terrorçuların məqsədi İranda terror aksiyaları törətməkdən ibarət olub. Aparılan müşahidələr zamanı müəyyən edilib ki, terrorçular gizli yollarla İrana silah-sursat keçirərək dövlətin konstitusiya quruluşunu sarsıtmağa cəhd göstəriblər. Həyata keçirilən əməliyyat zamanı meydana çıxan silahlı toqquşmada terrorçular məhv edilib və onlara məxsus silah-sursat və digər ləvazimatlar müsadirə edilib. Bir nəfər terrorçu yaxalanıb. Hazırda istintaq aparılır.


loading...