Yuxarı
loading...
loading...

Müslüm Maqomayevin yeni oğlu ortaya çıxdı – anası Bakıda

19.07.2018 15:13 Oxunma sayı: 1637


SSRİ dövrünün ən populyar müğənnilərindən biri olan, böyük sənətkar Müslüm Maqomayevin pərəstişkarlarından biri, Yelena Katkova adlı qadın illər sonra ondan bir uşaq dünyaya gətirdiyini iddia edib.

Rusiya mediası xəbər verir ki, Yelena Katkova bu iddiasını məşhur aparıcı Andrey Malaxovun “Qoy danışsınlar” (rusca “Pust qovoryat”) adlı verilişində səsləndirib.

Qadın vaxtilə Müslüm Maqomayevlə eşq macərası yaşadığını bildirərək, onunla Bakı şəhərində initim münasibətdə olduğunu söyləyib.

Yelena Katkovanın sözlərinə görə, həmin vaxtlarda Müslüm Maqomayev həyat yoldaşı Tamara Sinyavskayanın ağır əməliyyat keçirməsinə görə əzab çəkirmiş. Bu səbəbdən Yelena Katkova Maqomayevə mənəvi dəstək və təsəlli verdiyini danışıb. Bütün bunlar onları bir müddətliyinə yaxınlaşdırıb.

Yelena verilişdə iştirak edənləri inandrımağa çalışıb ki, Maqomayevin bu uşaqdan xəbəri olub. Hətta Tamara Sinyavskaya belə onunla birlikdə bir neçə dəfə gəzməyə çıxıb.

Картинки по запросу сын магомаева

Yelena Katkova

Andrey Malaxov buna görə Maqomayevin oğlu olduğu iddia edilən Andrey Katkovu studiyaya dəvət edib. Gənc adam 18 yaşına qədər atası kimi Vladimir Katkovu bildiyini söyləyib.

Katkovun sözlərinə əsasən, sonradan ətrafındakıları onun məşhur ulduza bənzərliyini sezməyə başlayıblar.

Andrey Katkovun bu iddiasına rəğmən studiyadakılar onunla Maqomayev arasında heç də oxşar sifət cizgilərini aşkar etməyiblər.

Картинки по запросу сын магомаева

Bundan başqa, həmin gənclə bağlı DNT testi keçirilib. Test üçün Andrey Katkovla bərabər Müslim Maqomayevin qardaşı Yuri Maqomayev və onun oğlu iştirak ediblər.

“88%-lik ehtimalla Andrey Katkov və Yuri Maqomayev arasında qohumluq əlaqəsinin olmadığı ortaya çıxıb”, – DNT üzrə ekspert Snejana Korolyova verilişdə bəyan edib.

Lakin ekspert bildirib ki bununla bağlı daha bir araşdırma aparılacaq. Ona görə ki, Müslüm və Yuri Maqomayevlər yalnız anadan bir qardaşdırlar.

Qeyd edək ki, bu Müslüm Maqomayevlə bağlı birinci belə hadisə sayılmır.

Vaxtilə ABŞ-da yaşayan Daniel Fiqotin adlı şəxs də özünü mərhum sənətkarın nikahdankənar oğlu adlandırmışdı. O, hətta Bakıya gələrək Fəxri xiyabanda görkəmli sənətkarın qəbrini ziyarət edib.

Картинки по запросу daniel figotin

Daniel Müslüm Maqomayevlə uzun müddət qeyri-rəsmi nikahda olduğu Lyudmila Fiqotinanın oğludur. O, məşhur Rusiya bəstəkarı Boris Fiqotinin qızıdır. Lyudmila Fiqotina ümumittifaq radiosunda redaktor olaraq çalışıb və Maqomayevlə burada tanış olub.

Keçən il isə eyni kanalda Dmitri Şepelevin “Na samom dele” (“Əslində”) adlı verilişində İrina Korotkova adlı bir qadın da Maqomayevdən qız uşağı dünyaya gətirdiyini iddia etmiş, lakin sonradan DNT analizləri onu sözlərini yalana çıxarmışdı.

 

 


loading...