Yuxarı
loading...
loading...

Ağsuda başlamış yanğının söndürülməsinə 2 helikopter və bir təyyarə cəlb olunub

12.07.2018 20:26 Oxunma sayı: 1418


Ağsu rayonunda güclü yanğın baş verib.

Hadisə rayonun Bico kəndinə yaxın ərazidə 100 hektardan çox biçilmiş taxıl sahələsində qeydə alınıb. Hazırda yanğın kəndin şimal dağlıq ərazilərinə tərəf irəliləyir.

Yanğının qarşısının alınması üçün Ağsu, habelə Şamaxı və Göyçay rayonlarının yanğından mühafizə xidmətlərinin qüvvələri, Fövqəladə Hallar Nazirliyinin iki helikopteri və bir təyyarəsi cəlb olunub.

Köməyə ətraf kəndlərin, o cümlədən Bico, Gəgəli və bir neçə yaxın yaşayış məntəqələrinin sakinləri gəlib. Onlar texnikanın girə bilmədiyi ərazilərdə yanğını söndürməyə çalışırlar. 10-dək şum traktorunun qüvvəsi ilə alovun kənd ərazisinə daxil olmasının qarşısını almaq üçün şumlama işi aparılır.


loading...