Yuxarı
loading...
loading...

Moskvadan qayıdan repsublikaçı senatorlar bir-birlərini təkzib etməyə başlayıblar

12.07.2018 19:20 Oxunma sayı: 1170


ABŞ-ın Vikonsin ştatından olan repsublikaçı senator Ron Conson Moksvada Rusiya rəsmiləri ilə görüşdən qayıdan kimi partiyadaşlarını şoka salan bəyanat verib.

O, ölkəsinin Rusiyaya tətbiq etdiyi sanksiyaların bir işə yaramadığıını, üstəlik Kremlin 2016-cı ildə keçirilən seçkilərdə ehtimal edilən müdaxiləsinin “böyük bir iş olmadığını” bildirib.

Ron Consonun fikrincə, Rusiya hər halda ABŞ demokratiyası üçün ən böyük təhlükə sayıla bilməz və bu məsələ “biriləri tərəfindən qəsdən şişirdilib.

“The Daily Beast” saytının yazarı Endryu Deziderionun yazdığına görə, həmin görüşlərdə iştirak edən digər senatorlar, dərhal onun dediklərini təkzib etməyə və gəldiyi nəticələrə görə qınamağa başlayıblar: “Jurnalistlər qarşısında senatorlar bir ağızdan Rusiya ilə münasibətlərin düzəldilməsinin vaciblyindən danışsalar da, qapalı qapılar arxasında onlar öz rusiyalı həmkarlarına bütün tənqidlərini və narazılıqlarını çatdıra biliblər Bu səbəbdən Ron Consonun bəyanatı onları ən azı təəccübləndirib”.

Senatorlar rusiyalı diplomatlarla, habelə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla apardıqları müzakirələrdə tamamilə əks, həm də rusların xoşlamadığı fikirləri söylədiklərini qeyd edirlər. Məsələn, Alabama ştatını təmsil edən senator Riçard Şelbi (həm də nümayəndə heyətinin rəhbəri olub) mətbuata verdiyi müsahibələrin birində ruslara bundan sonra bir daha seçkilərə müdaxilə etmələri halında onları nələri gözləyəcəyini çatdırdıqlarını bildirib.

“Görüşlərdə ruslar sansksiyaların onlara heç bir təsiri olmadığından dəm vurdular. Lakin onların ağzından sanksiya kəlməsi heç yerə düşmədi. Biz isə hər şeyi birbaşa, öz adı ilə ifadə etdik. Mən şəxsən bildirdim ki, əgər payızdakı seçkilərdə (Nümayəndələr palatası və Senatın bir hissəsi) oxşar hadisə baş versə, onlar bu sanksiyaların ikiqat dozasını alacaqlar. Məgər bu, onları durduracaq? Əlbəttə ki, yox. Lakin əsas olan budur ki, onların bizim nə edə biləcəklərimizdən xəbərləri olsun”, - kaliforniyalı senator Con Kennedi qeyd edib.

Kennedi həmçinin Moskvadakı səfirlikdə onlara verilən brifinqlərdə rusiyalı rəsmilərin ancaq demokrat senatorlardan narazı olduğunu və yalnız demokratların Putin hakimiyyətini Şərqi Avropada və Yaxın Şərqdəki siyasətinə görə tənqid etdiyi barədə xəbər aldıqlarını söyləyib.

“Mən hər kəsi bu təsəvvürlərdən qurtarmaq istədim. Hesab edirəm ki, bütün Konqres Rusiyanın bənzər əməlləri təkrarlayacağı təqdirdə, ona qarşı birləşəcək”, - Kennedi bildirib.


loading...