Yuxarı
loading...
loading...

Səudiyyə Ərəbistanı İrandan şikatətçi oldu

12.07.2018 15:18 Oxunma sayı: 1363


Səudiyyə Ərəbistanı İran gəmilərinin ona məxsus Fars körfəzindəki neft yataqları akvatoriyasına daxil olmasını bəyan edib.

Rəsmi Ər-Riyad müvafiq məzmunlu şikayətlə BMT-yə müraciət edib.

Məlumata əsasən, İrana məxsus gəmilər və katerlər dəfələrlə Səudiyyə Ərəbistanının ərazi sularında yerləşən bağlı zonalara müdaxilə ediblər. Lakin bu gəmilərin hərbi və ya mülki olub-olmaması açıqlanmır.

Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdulla əl-Müəllim bildirib ki, daha öncə Tehrana ünvanlanan etiraz notalarına rəğmən oxşar halların sayı çoxalıb.


loading...