Yuxarı
loading...
loading...

Uşaqların piylənməsinin səbəbi müəyyənləşdi

12.07.2018 15:51 Oxunma sayı: 1411


Harvard Universitetinin alimlərinin apardıqları tədqiqatlar nəticəsində sağlam həyat tərzi sürən qadınların uşaqlarının piylənməyə daha az meyilli olduqları müəyyənləşib.

Sözügedən tədqiqata cəlb olunanlar öz və övladlarının sağlamlığı, həmçinin sürdükləri həyat tərzi, zərərli vərdişlər, fiziki fəallıq, istifadə etdikləri qida məhsullarının keyfiyyəti haqqında sualları cavablandırıblar.

Yekunda mütəxəssislər uşaqlarda piylənmə və digər xroniki xəstəliklərə səbəb ola biləcək 5 amili xüsusi qeyd ediblər.

Bunlar 18,5-dən 24,9-a qədər olan bədən kütləsinin indeksi, alkoqoldan az istifadə, siqaretdən imtina, sağlam qidalanma və həftədə 150 dəqiqə fiziki fəallıqdır.

Tədqiqatlar göstərib ki, bu qaydalara riayət edən qadınların övladlarının bu qaydaları qulaq ardına vuran qadınların övladları ilə müqayisədə piylənmə riski 75% aşağıdır.


loading...