Yuxarı
loading...
loading...

Çimərlikdə 12 yaşlı oğlan uşağına təcavüz etmək istədi döyülərək xəstəxanalıq oldu – FOTO

12.07.2018 14:43 Oxunma sayı: 1291


12 yaşındakı uşağa çimərlikdə təcavüz edən manyakı döyərək xəstəxanlıq etdilər.

Türkiyənin Bodrum ərazisinə məxsus xalq çimərliyində insanların gözü qarşısında oğlan uşağına qarşı cinsi zorakılıq halı yaşanıb. Belə ki, 42 yaşlı Mahmud Ç. adlı şəxs çimərlikdə oğlan uşağına qarşı qeyri-etik hərəkətləri ilə insanların qəzəbinə tuş gəlib.

Hadisənin şahidləri söylədiklərinə əsasən, Mahmud Ç. 12 yaşlı oğlana yaxınlaşaraq onu sığallamağa başlayıb. Ətrafdakılar uşağın hərəkətlərindən həmin insanı tanımadığını müəyyən ediblər. Bir müddət sonra uşaq qışqırmağa başlayıb. Uşağın səsinə yığışan ətrafdakılar həmin şəxsi döyməyə başlayıblar.

Qadınlar da polisə xəbər verib. Gələn polislər insanların əlindən Mahmud Ç.-ni güclə alıblar. Xəstəxanadan çıxdıqdan sonra onunla bağlı həbs qəti imkan tədbiri görülüb.


loading...