Yuxarı
loading...
loading...

Türkiyədə təhlükəli terrorçu yaralı halda ələ keçirildi

12.07.2018 13:28 Oxunma sayı: 1152


Türkiyə Hərbi-Hava Qüvvələrinin qırıcılarının Şırnak vilayətinin Beytüşşəbab rayonunda zərərsizləşdirdiyi terrorçulardan biri PKK terror təşkilatına məxsus axtarışda olan şəxsdir.

Terror aktı hazırladıqları halda pilotsuz aparatlar tərəfindən təsbit edilərək bombalanıb zərərsizləşdirilən terrorçulardan ikisi ölü, biri yaralı halda ələ keçirilib. Araşdırma zamanı müəyyən olunub ki, yaralı terrorçu "Mehmet Goyi" ləqəbli Kadri Bayramdır. O, bir sıra cinayətlərdə iştirak etdiyi üçün axtarışda olub.

Antiterror əməliyyatı aparılan ərazidə terrorçulara məxsus silah-sursat və digər ləvazimatlar ələ keçirilib.


loading...