Yuxarı
loading...
loading...

Ata qızına təcavüz edəni küçənin ortasında qasığından bıçaqladı

12.07.2018 13:42 Oxunma sayı: 1621


Türkiyənin Ankara şəhərində dəhşətli hadisə baş verib. Ata, qızına təcavüz edən adamı küçənin ortasında yaralayıb.

İddialara görə, 30 yaşlarında bir adam, 13 yaşındakı qıza təcavüz edib. Qızın atası isə hadisəni eşitdikdən sonra dərhal ərazinin təhlükəsizlik kameralarını yoxladıb. Qızına təcavüz edən adamın kimliyini müəyyənləşdirdikdən sonra ərzaq dükanından götürdüyü bıçaqla adamın cinsiyyət orqanından və qasığından bir neçə dəfə bıçaqlayıb.

Hadisə yerinə gələn təcavüzçünün həyat yoldaşı “bunu kim edib?”- deyə soruşduğunda, hadisə yerində olan vətəndaşlardan biri “təcavüz etdiyi qızın atası edib”- deyə cavab verib.


loading...