Yuxarı
loading...
loading...

Daşkəsəndə silahlı insident – 1 yaralı

11.07.2018 16:13 Oxunma sayı: 1335


Daşkəsən rayonunun Əmirvar kəndi ərazisində silahlı insident baş verib.

Kənd sakini Sofi Məmmədov münaqişə zəminində sərxoş halda olan həmkəndlisi Elbəyi Məmmədovun istiqamətində atəş açıb.

Nəticədə Elbəyi Məmmədov yüngül xəsarət alıb.

Sofi Məmmədov Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ondan müvafiq sənədləri olan “TOZ-16” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.


loading...