Yuxarı
loading...
loading...

Qastritin İNANILMAZ müalicəsi

11.07.2018 15:44 Oxunma sayı: 1391


İnsanlar nəfslərinə sahib çıxa bilmədikləri üçün zərərli olub-olmamasından asılı olmayaraq, istədikləri bütün qidaları istehlak edirlər. Nəticədə isə mədə-bağırsaq sistemində müəyyən problemlər yaşanır. Mədə-bağırsaq xəstəlikləri arasında isə ən çox yayılan və el arasında "tələbə xəstəliyi" kimi tanınan qastritdir. Bəs bu xəstəliyin müalicəsi üçün nə etmək lazımdır? Dərman preparatları da mədə divarını aşındırır. Elə isə diqqətli olun, mütəxəssislər sizə maraqlı və təbii üsullar təqdim edir.

Oxucuları qastrit ağrılarını müalicə edən maraqlı üsulları təqdim edirik:

Alimlər kartof şirəsinin qastritin və digər xəstəliklərin profilaktikası üçün əla vasitə olduğunu deyir. Kartof suyu eyni zamanda şəkərli diabetin də müalicəsi üçün faydalıdır. Qan təzyiqini normallaşdıran, dərini təmizləyən, xərçəng xəstəliklərinin yaranmasının qarşısını alan kartof suyunu istifadə qaydası aşağıdakı kimidir:

Kiçik ölçüdə bir neçə kartofu götürüb yaxşı-yaxşı yuyun. Qabığını üzərindəki yaşıl qatı təmizlənəcək şəkildə dərin soyun. Daha sonra soyulmuş kartofları sürtkəcdən keçirin. Təmiz incə marla götürüb püre halında olan kartofu şirəsi çıxana qədər sıxın.

Şirəni təzə-təzə içmək lazımdır ki, tərkibindəki maddələr ölməsin.

Sağlam Olun!


loading...