Yuxarı
loading...
loading...

“Yutub” yalan xəbərlərə qarşı 25 milyon dollar ayırdı

11.07.2018 14:13 Oxunma sayı: 1218


“Yutub” kompaniyası yalan xəbərlərlə mübarizə üçün 25 milyon dolların ayrılması ilə bağlı qərar qəbul edib.

Bu barədə şirkətin bloqunda qeyd edilib.

Şirkət xəbərlərə aid videonun keyfiyyətinin artırılması üçün “quql nyus” xəbərlər aqreqatoru ilə səylərini birləşdirəcək. Bundan başqa, birgə fəaliyyətə “Vox Media”, “Jovem Pan” və “India Today” kimi kütləvi informasiya vasitələrinin cəlb edilməsi planlaşdırılır.

Məlumata görə, qeyd olunan məbləğ “Yutub” və “quqlnyus” üçün nəzərdə tutulub. Layihənin həyata keçirilməsi üçün kontentin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə təkliflər hazırlayacaq xüsusi işçi qrupunun yaradılması planlaşdırılır.

Nüfuzlu xəbər mənbələrinin xüsusilə dəstəklənəcəyi, “Ən yaxşı xəbərlər” funksiyasının isə təkmilləşdirilərək daha çox axtarış nəticələri təqdim edəcəyi bildirilir.


loading...