Yuxarı
loading...
loading...

Qərb Rusiyanı belə çökdürür: 21%, 400 şirkət, 30 trilyon...

10.07.2018 15:19 Oxunma sayı: 1344


Rusiyaya qarşı Qərb sanksiyaları ölkənin ümumdaxili məhsulunun 20-21%-lik hissəsinə toxunub.

Bu barədə məlumatı Rusiya Analitik Kredit Reytinq Agentliyi yayıb. Məhdudiyyətlərə daha çox böyük dövlət bankları, neft-qaz şirkətləri və hərbi sənaye kompleksi məruz qalıb.

Agentlik ümumilikdə ABŞ sanksiyalarına Rusiyanın 400 şirkət və bankının məruz qaldığını bildirib:

“Bu siyahıda olanların çoxu böyük ana strukturların törəmələridir. 2017-ci ildə sanksiyalar altına düşmüş Rusiya şirkətlərinin və banklarının ümumi konsolidə edilmiş gəlirləri 30 trilyon rubl olub. Bu sanksiyalar Rusiya ÜDM-sinin 20-21%-nə təsir göstərib. 2014-cü ildə sanksiyaların tətbiqi Rusiyanın maliyyə sisteminin böhran vəziyyətinə keçməsinə səbəb olmadı. Bununla belə investisiya iqlimi pisləşdi, neft qiymətlərinin enməsi isə iqtisadiyyatda durğunluğa səbəb oldu”.


loading...