Yuxarı
loading...
loading...

Azərbaycanlı qız qayadan yıxılaraq öldü – VİDEO

10.07.2018 14:51 Oxunma sayı: 1432


Türkiyənin Muğla bölgəsində azərbaycanlı turist Məryəm Ömərova bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Qayalıqlara dırmaşan Məryəm müvazinətini itirib və nəticədə 15 metr hündürlükdən yerə düşərək ölüb.

Məryəm iyulun 6-da bir qrup dostu ilə Kabak körfəzinə turist düşərgəsi qurmağa gedibmiş. Ötən gün axşam saatlarında isə o, körfəzin yaxınlığındakı Aladərə şəlaləsinə çıxıb və qayalıqlara dırmaşıb. Mənzərəni seyr edərkən bir anda müvazinətini itirib və 15 metr yüksəklikdən şəlalənin töküldüyü yerə düşüb. Bu zaman həmin ərazidə qayalara dırmaşan başqa bir turist gənc qadının yıxıldığını görüb, təcili tibbi yardıma zəng edib.

Xilasedicilər və həkim briqadası qayalıq ərazidə 1,5 km məsafə qət edərək şəlaləyə çatıb və M. Ömərovanın cansız bədəni sudan çıxarılıb.

Qeyd edək ki, eyni yerdə bir müddət öncə 7 aylıq hamilə qadın da foto çəkdirmək istəyən zaman yıxılıb və həyatını itirib.

 


loading...