Yuxarı
loading...
loading...

Fərdanı maşın vurdu - SON DƏQİQƏ!

10.07.2018 12:29 Oxunma sayı: 3600


İsmayıllı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Təzəkənd kənd sakini, 2007-ci il təvəllüdlü Əsədov Fərda Səyyad oğlu Muğanlı-İsmayıllı yolunu keçərkən naməlum avtomobil onu vurub. Hadisəni törədən sürücü qaçıb. Uşaq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


loading...