Yuxarı
loading...
loading...

Ərdoğandan gözlənilməz təyinat: FETÖ-çunun qardaşı nazir oldu

10.07.2018 13:26 Oxunma sayı: 1173


Dünən Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan yeni hökumətin tərkibini açıqlayıb.

Türk mediasına istinadla xəbər verir ki, yeni hökumətdə kənd təsərrüfatı və meşəçilik naziri vəzifəsini tutan Bəkir Pakdəmirin atası Əkrəm Pakdəmir ANAP hökuməti dövründə nazir vəzifəsini tutub və mərhum prezident Turqut Özala yaxınlığı ilə seçilib.

Digər diqqət çəkən məqam odur ki, yeni kənd təsərrüfatı nazirinin böyük qardaşı Məhmət Pakdəmir FETÖ araşdırması çərçivəsində həbs olunub və hazırda cəzaçəkmə müəssisəsində saxlanılır.

Qeyd edək ki, Məhmət Pakdəmir Cəlal Bayar Universitetinin rektoru olub.


loading...