Yuxarı
loading...
loading...

İrəvan “Rus NATO-su”nun rəhbərini istintaqa çağırdı

10.07.2018 13:55 Oxunma sayı: 1284


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov Ermənistan Xüsusi İstintaq Xidmətinə dəvət edilib.

Bu barədə məlumatı xidmət özü yayıb. Onun 1 mart hadisələriylə bağlı şahid kimi dindiriləcəyi bildirilib.

Xaçaturovun iyulun sonuna qədər istintaqa ifadə verəcəyi vurğulanıb.

Qeyd edək ki, Xaçaturov 1 mart hadisələri zamanı İrəvan qarnizonun rəisi vəzifəsini tutub. Serj Sərkisyanın prezident olmasından sonra o, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub.


loading...