Yuxarı
loading...
loading...

Qadınlara orada işləməyə icazə verildi - Səudiyyədə ilk

10.07.2018 12:53 Oxunma sayı: 1394


Səudiyyə Ərəbistanı tarixində ilk dəfə qadınlara notariatda işləməyə icazə verilib.

Ölkənin Ədliyyə Nazirliyi 12 qadına notariatda işləmək üçün lisenziya təqdim edib. Bu lisenziya ilə qadınlar notariat kontorunda tam hüquqda işləmək imkanına sahib olurlar.

Məlumata görə, ölkədə 1,3 min insan bu lisenziyaya malikdir.

Qeyd edək ki, Məhəmməd bin Salmanın vəliəhd təyin edilməsindən sonra ölkənin sosial-ictimai həyatında qadınlarla bağlı bir sıra ciddi dəyişikliklər baş verib.


loading...