Yuxarı
loading...
loading...

“Rusiya NATO-nu dağıtmaq istəyir” ABŞ

09.07.2018 16:21 Oxunma sayı: 1312


Rusiya Türkiyə və bir sıra ölkələri öz tərəfinə çəkmək istəyir.

Bunu ABŞ-ın NATO-dakı nümayəndəsi Key Beyli Hatkison deyib.

“Fox News Sunday”a açıqlama verən Hatkison qeyd edib ki, Rusiya Türkiyəni NATO-dan çıxarmaq niyyətindədir:

“Rusiya Türkiyə və digər müttəfiqlərimizi NATO-dan qoparmağa çalışır. Moskva tarixin ən güclü müttəfiqliyinə son qoymaq, NATO-nu dağıtmaq niyyətindədir. Lakin hesab edirik ki, Rusiyanın bu səyləri NATO – Türkiyə münasibətlərini zədələməyəcək. Türkiyə uzun illərdir bu ittifaqın üzvüdür və əlaqələrimizi davam etdirəcəyik”.


loading...