Yuxarı
loading...
loading...

Gəncədə əməliyyat: Silah-sursat aşkarlandı

09.07.2018 15:14 Oxunma sayı: 1192


Gəncə şəhərində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib.

Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə, silah və döyüş sursatı aşkar edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Hamlet Abdullayev saxlanılıb.

Polis İdarəsində vətəndaşın üzərinə şəxsi baxış keçirilən zaman 2.689 qram çəkidə narkotik vasitə olan “heroin” aşkarlanaraq götürülüb.

Davam edən əməliyyat-istintaq tədbirləri ilə saxlanılan şəxsin mənzilindən 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapanca, həmin tapançaya məxsus 8 ədəd patron və alışqanı ilə birlikdə 1 ədəd RQD-5 markalı əl qumbarası aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


loading...