Yuxarı
loading...
loading...

İlham Əliyev sənədli filmə çəkildi – VİDEO

06.07.2018 15:13 Oxunma sayı: 1307


Azərbaycan prezidenti İlham Əliyev Astana günü ilə bağlı "Böyük çölün paytaxtı” adlı sənədli filmə çəkilib.

 

İlham Əliyev müsahibəsində Qazaxıstanın paytaxtı Astana haqqında fikirlərini bölüşüb.

O bildirib ki, paytaxtın Almatı şəhərindən Astanaya köçürülməsi həmin zaman Qazaxıstan prezidentindən cəsarət, qətiyyətlilik və müdriklik tələb edirdi.

Filmdə Rusiya prezidenti Vladimir Putin, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və digərləri də iştirak ediblər.

Filmin tizeri Qazaxıstan Respublikası Prezidentinin Teleradio Kompleksinin "Instagram” səhifəsində paylaşılıb.

 


loading...