Yuxarı
loading...
loading...

Gəncədə yenidən ara qarışır – E.Vəliyev barədə tələb...

06.07.2018 11:48 Oxunma sayı: 1529


Gəncədə vəziyyətin yenidən gərginləşdiyi bildirilir.

Sakinlər icra başçısı Elmar Vəliyevin ailəsinin şəhərdən çıxmasını tələb edirlər. Bu barədə topxeber.az saytı məlumat yayıb.

Belə ki, onların tələbi gerçəkləşmədiyi halda Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçiriləcək. Xəbərdə eyni zamanda, baş tutacaq aksiyanın günü və saatı da qeyd olunub.

Xatırladaq ki, iki gün öncə icra başçısı Elmar Vəliyev və mühafizəçisi dövlət qurumunun binası yaxınlığında güllələniblər. Sözügedən hadisə hələ də gündəm mövzusudur.


loading...