Yuxarı
loading...
loading...

Öcalanın yaxın adamı Türkiyəyə təslim edildi - ŞOK

05.07.2018 16:38 Oxunma sayı: 1504


Norveç hökuməti Abdullah Öcalanın yaxın adamlarından hesab olunan PKK-çı qadın terrorçunu yaxalayaraq Türkiyəyə təslim edib.

1991-ci ildən separatçı terror qruplaşmasında fəaliyyət göstərən, 27 il ərzində qruplaşmanın müxtəlif düşərgələrində döyüşən Gülzar T. adlı terrorçu Osloda müalicə olunub. Terrorçu müalicəsinin sonunda Norveçdən sığınacaq istəyib. Norveç hökumətinin bu tələbi rədd etməsindən sonra saxlanılan Gülzar T. bu gün Türkiyəyə gətirilib.

PKK terror qruplaşmasının İmralı həbsxanasında saxlanılan lideri Abdullah Öcalanın yaxın adamlarından sayılan qadın terrorçunun Norveçə saxta pasportla getdiyi bildirilib. İstanbul hava limanında dərhal həbs olunan Gülzar T.-nin üzərində axtarış zamanı 2 ədəd mobil telefon, sim kartlar, təxribat planlarının olduğu yaddaş qurğuları ələ keçirilib.


loading...