Yuxarı
loading...
loading...

Argentinanın baş məşqçisi barədə qərar verildi

01.07.2018 09:38 Oxunma sayı: 1352


Argentina milli komandasının baş məşqçisi Xorxe Sampaoli istefaya göndərilib.

Qərar yığmanın dünya çempionatında mübarizəni dayandırmasından sonra qəbul olunub.

1/8 finalda Fransaya 3:4 hesablı məğlubiyyətlə yekunlaşan görüşdən sonra Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi 58 yaşlı mütəxəssisi istefası barədə məlumatlandırıb.

Xorxe Sampaoli ilə 2017-ci ildə bağlanılmış müqavilə 5 ilədək nəzərdə tutulmuşdu. Fransaya məğlubiyyətdən sonra Lukas Bilya və Xavyer Maskerano Argentina yığması ilə vidalaşdıqlarını açıqlayıblar.


loading...