Yuxarı
loading...
loading...

“Fəxr edirəm ki, azəriyəm, türkəm” DÇ-2018-də qol vuran futbolçu

29.06.2018 17:23 Oxunma sayı: 1186

Bu gün sosial şəbəkələrdə İran millisinin futbolçusu Kərim Ansarifardla bağlı maraqlı video yayılıb.

Bu video bir müddət əvvəl İran telekanallarından birində yayılıb (video xəbərin sonunda). Verilişlərdən birində qonaq olan Kərim Ansarifard Azərbaycan türkü olmağıyla fəxr etdiyini deyir:

“Mənə iftaxırdır ki, ərdəbilliyəm, azəriyəm, türkəm. Hər yerdə də demişəm ki, mən Ərdəbil uşağıyam” – deyə o bildirib.

Qeyd edək ki, İran millisinin əsas oyunçusu olan Kərim Ansarifard 1990-cı ilin aprelin 3-də Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. Millinin əsas oyunçusu olan Kərim DÇ-2018-də qrupun hər üç oyununda iştirak edib. O, Portuqaliya – İran matçının (1:1) 90-cı dəqiqəsində penaltidən komandasının yeganə qolunu vurub.

Hazırda Yunanıstanın “Olimpiakos” klubunda çıxış edən Kərim 2011-ci ildə İranda ilin idmançısı seçilib.

 


loading...