Yuxarı
loading...
loading...

Misir bu səbəbdən Dünya Çempionatında qalib gələ bilmir Prezident açıqladı

29.06.2018 15:33 Oxunma sayı: 1169


Dünya Çempionatında bir maçtda belə qalib gələ bilməyən Misir millisinin performansının aşağı olmasının səbəbi açıqlanıb.

Misir Futbol Federasiyasının prezidenti Xani Əbu Rida futbolçuların Dünya Çempionatından öncə oruc tutduqlarına görə yaxşı oynaya bilmədiklərini deyib.

Federasiya rəhbəri bildirib ki, çempionatdan öncə futbolçularla bu barədə danışıb: “Amma oruc tutmamaq təklifini rədd etdilər. Ramazan ayı Uruqvayla matçdan bir gün öncə bitdi. Ona görə də futbolçular gücsüz oldular. Sizi əmin edirəm ki, bir çox ərəb ölkəsi futbolçularını oruc tutmaqdan vaz keçirib”.

Misir hələ ki, bu turnirdə qalibiyyət əldə etməyib. Komanda bundan sonra gələn il Afrika Milli Kubokuna qatılmaq üçün hazırlaşacaq.

Misir 7 dəfə Afrika çempionu olmağı bacarıb.


loading...