Yuxarı
loading...
loading...

Paşayeva Zöhrabyanı belə susdurdu

29.06.2018 15:11 Oxunma sayı: 1399


Ermənistan bir gün mütləq ədalət qarşısında cavab verəcək.

Bunu millət vəkili Qənirə Paşayeva AŞPA-da “Mədəni irsin qəsdən dağıdılması və qanunsuz ticarəti” adlı avstriyalı məruzəçi Stefan Şennaxın hazırldığı qətnamə layihəsi ətrafında müzakirələr zamanı deyib.

Ermənistanın işğal etdiyi Azərbyacan torpaqlarında törətdiyi vandalizm aktları barədə geniş məlumat verən deputat bəzi məsələləri avroparlamentarilərin diqqətinə çatdırıb:

“Azərbaycana aid 600-dən çox tarixi-memarlıq abidəsi, arxeoloji abidə, 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4 rəsm qalereyası, 4,6 milyon kitab və əlyazmalar saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərazilərdə qalıb. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsi xüsusi qəddarlıqla məhv edilir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında mədəni sərvətlərin bir çoxunu qəsb edərək özününküləşdirmək xətti tutub. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın tarixi-mədəni abidələrinə Ermənistanın vurduğu ziyanı dəqiq hesablamaq mümkün deyil. Məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Azərbaycanın Ağdam, Füzuli, Qubadlı, Laçın, Kəlbəcər və digər işğal altındakı rayonlarından, səma altında muzey olan Şuşa şəhərindən oğurlanan mədəni irs nümunələrinin ticarəti də Ermənistanın dövlət siyasətinin bir parçasına çevrilib. Ona görə də mədəni sərvətlərə qarşı təcavüzlərdən bəhs edən bir məruzədə bu həqiqətlərin də yer alması vacibdir”.

Millət vəkili bu məsələlərin ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatında da öz əksini tapdığını qeyd edib:

“Bütün Ermənistan ərazisində və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında həmin abidələrin hazırkı vəziyyətinin diqqətlə araşdırılması çox zəruridir. Azərbaycanın Mədəniyyət Nazirliyi işğal altındakı ərazilərdə tarix-mədəniyyət abidələrinin dağıdılmasına dair hesabat hazırlayaraq YUNESKO-ya təqdim edib və araşdırma aparması üçün missiya göndərilməsini tələb edib. Amma Ermənistan YUNESKO-nun işğal altındakı ərazilərdə tarixi abidələrin vəziyyətini öyrənmək üçün bitərəf missiya göndərməsini əngəlləyib. Bütün bunları diqqətinizə çatdıraraq sizdən dəstək gözləyirik”.

Q.Paşayeva müzakirələr zamanı Azərbaycan əleyhinə yalanlarla çıxış edən Ermənistan heyətinə sərt cavablar verib:

“Xanım Zöhrabyan, siz yenə Azərbaycan əleyhinə yalan və böhtanlarla dolu çıxış etdiniz. Əlinizdə heç bir fakt yoxdur, amma sizin ölkənizin törətdiyi cinayətləri hər kəsin görə bilməsi üçün sadəcə əlimdəki bu fotolar və faktlar yetərlidir. İşğalı həyata keçirənlər və dəstəkləyənlər bir gün mütləq ədalət qarşısında cavab verəcəklər! Bunu unutmayın!”


loading...