Yuxarı
loading...
loading...

Bakı metrosunda ölüm hadisəsi baş verdi

29.06.2018 09:42 Oxunma sayı: 1200


Bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovun bildirib ki, metronun "20 Yanvar" stansiyasının II vestibülündə 1968-ci il təvəllüdlü, Ağsu rayon sakini Qasımov Nazim Bulud oğlunun halı qəfildən pisləşib.

"Metropolitenin əməkdaşları tərəfindən xəstəyə ilkin yardım göstərilib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Nazim Qasımovun ürək-damar sistemində problemləri olub. Hadisə yerinə təcili tibbi yardım maşını çatana qədər sərnişin keçinib", - deyə Bəxtiyar Məmmədov vurğulayıb.


loading...