Yuxarı
loading...
loading...

TRT Azərbaycanın azad edilmiş torpağında

27.06.2018 16:14 Oxunma sayı: 1341


Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - “TRT Vorld” Naxçıvan Muxtar Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərindən geniş reportaj hazırlayır.

Bununla əlaqədar “TRT Vorld” kanalının jurnalistləri həmin ərazilərdə çəkilişlər aparırlar.

Jurnalistlərə 1992-ci ildə Ermənistan silahlı birləşmələrinin işğal etdiyi Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin 26 ildən sonra ordumuz tərəfindən azad edilməsi barədə məlumat verilib. Bildirilib ki, 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma torpaqlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində, ümumilikdə, 11 min hektara yaxın ərazi düşməndən azad edilib. Bu ərazinin 8 min hektardan çoxu əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.

Qeyd edilib ki, ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalıb. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Şərur rayonundakı Mahmudkəndə köçməyə məcbur qalıb.


loading...