Yuxarı
loading...
loading...

ABŞ Dövlət Departamentinin təmsilçisi Azərbaycana gələcək

27.06.2018 11:17 Oxunma sayı: 1378


ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Alis Uels Azərbaycana gələcək.

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında bildirilib.

Məlumata görə, A.Uells 27-29 iyun tarixlərində Bakıda səfərdə olacaq.

O Bakıda iyunun 28-də keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edəcək.

Səfər çərçivəsində ABŞ rəsmisi Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri görüşərək Azərbaycanın Əfqanıstan hökumətinə və NATO-nun Əfqanıstandakı qətiyyətli dəstək missiyasına davamlı dəstəyinə görə təşəkkür edəcəyi bildirilir. Xanım Uells eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yüksək səviyyəli nümayəndələri ilə də görüşəcək.


loading...