Yuxarı
loading...
loading...

Messi hesabı açdı Canlı yayım

26.06.2018 16:30 Oxunma sayı: 1488


Bu gün Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının C və D qruplarında sonuncu turun oyunları keçiriləcək.

C qrupunda Avstraliya-Peru və Fransa-Danimarka matçı keçiriləcək. Hesabında 6 xal olan Fransa qrupda birinci yerdə qərarlaşıb. Danimarka 4 xalla ikinci, Avstraliya 1 xalla üçüncü, aktivində xal olmayan Peru isə sonuncudur.

Avstraliya və Peru komandaları tarixdə ilk dəfə Soçidəki “Fişt” stadionunda qarşılaşacaqlar.

Qrupun digər oyunu – Danimarka-Fansa matçı isə Moskvadakı “Lujniki” stadionunda təşkil olunacaq. Hər iki görüş 18:00-da başlayacaq.

D qrupunda isə Nigeriya-Argentina və İslandiya-Xorvatiya qarşılaşmaları baş tutacaq.

Nigeriya-Argentina oyunu “Sankt-Peterburq Arena”da keçiriləcək.

Qrupun digər oyununda isə Xorvatiya və İslandiya yığmaları “Rostov Arena”da üz-üzə gələcəklər.

Qrupun hər iki görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

***

Peru yığması 18-ci dəqiqədə Andre Karillonun qolu ilə komandasını Avstraliya qarşısında önə keçirdi: 1-0.

***
Xose Paolo Querrero 50-ci dəqiqədə Perunun ikinci qolunu vurdu.

***
Fransa Danimarka matçı qolsuz başa çatdı. Qeyd edək ki, bu, çempionatın ilk qolsuz heç-heçəsidir. Peru isə Avstraliyanı 2-0 hesabı ilə məğlub etdi.

***

Argentina Nigeriyaya, Xorvatiya isə İslandiyaya qarşı mübarizəyə başladı.

***

Messi matçın 15-ci dəqiqəsində komandasını irəli çıxardı: 1-0.

Matçı BURADAN izləyə bilərsiniz.


loading...