Yuxarı
loading...
loading...

Ərdoğan ilk turda qalib gəldi!

25.06.2018 09:13 Oxunma sayı: 1284


Türkiyədə keçirilən prezident və parlament seçkilərində yerli vaxtla saat 08:00-da başlayan səsvermə saat 17:00-da başa çatıb

 

 
Sandıqlar artıq açılıb, səslər sayılmağa başlanıb. Yayın yasağı aradan qaldırıldıqdan sonra ilkin nəticələr açıqlanmağa başlayıb.
 
Bülletenlərin artıq 98 faizi sayılıb.
 
İlkin nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan 52,6 faiz səs toplayıb. Muharrem İncə 30,8 faiz səs alıb.
 
Selahettin Demirtaş 8,1  faiz, Meral Akşener 7,4 faiz, Temel Karamollaoğlu 0,9 faiz, Doğu Perinçek 0,2 faiz səs alıb.
 
Millət vəkili seçkilərində “Cümhur ittifaqı” 53, 78% (AK Partiya 42,42 %, MHP 11,24%), “Millət ittifaqı”34% (CHP 22,67 %, İP 10,09%, SP 1,38%), HDP isə 11,4 % səs alıb. Artıq səslərin  97%-i sayılıb.
 
Qeyd edək ki, türkiyəli ekspertlər artıq nəticələrdə ciddi dəyişiklik olmayacağını, Ərdoğanın ilk turda yenidən Prezident seçildiyinin şübhə doğurmadığını bildirirlər.

 


loading...