Yuxarı
loading...
loading...

Polşa-Kolumbiya matçında ardıcıl qollar Rusiya-2018

24.06.2018 19:40 Oxunma sayı: 1462


Rusiyada keçirilən Dünya Çempionatı çərçivəsində G və H qruplarında bu gün növbəti oyunlar baş tutacaq.

Ilk oyun günündə saat 16:00-da “Nijni Novqorod” stadionunda İngiltərə və Panama yığmaları qarşılaşacaq. Bu oyuna qədər ingilislər Tunisi 2-1 hesabı ilə məğlub etmişdilər. Panama millisi isə Belçikaya 3-0 hesabı ilə məğlub olmuşdu.

Günün ikinci matçı isə saat 19:00-da “Yekaterinburq Arena”da H qrupunun liderləri – Yaponiya və Seneqal milliləri qarşılaşacaq.

Günə ilk oyunda məğlubiyyətlə üzləşən iki komanda - Polşa və Kolumbiya yığmaları arasında keçiriləcək qarşılaşma ilə yekun vurulacaq.

Bu görüş saat 22:00-da Kazanda keçiriləcək.

***

Oyunun 8-ci dəqiqəsində Con Stons dəqiq baş zərbəsi ilə İngiltərəni önə çıxardı.

***

Harri Keyn penalti zərbəsi ilə komandasının ikinci qolunu vurdu.

***

Linqard, Ston və Keynin qolları ilə İngiltərə millisi fasiləyə 5-0 üstünlüklə yollanıb.

***

İngiltərə millisi Panamaya 6-1 hesabı ilə qalib gəldi.

***

Seneqal millisi S.Manenin 11-ci dəqiqədə vurduğu qolla Yaponiya qarşısında 1-0 önə keçib.

***

Yaponiya yığması T.İnuinin qolu ilə 37-ci dəqiqədə hesabı bərabərləşdirib: 1-1.

***

71-ci dəqiqədə M.Vaque Seneqalı yenidən önə keçirib. 7 dəqiqə sonra isə Honda komandasının bərabərlik qolunu vurub: 2-2.

***

Seneqal-Yaponiya matçı 2-2 bərabərliklə başa çatıb.

***

Kolumbiya Y.Minanın 40-cı dəqiqədə vurduğu qolla Polşa qarşısında önə keçib.

***

Kolumbiya ulduz futbolçusu Radamel Falkaonun qolu ilə 70-ci dəqiqədə hesabı 2-0 edib.

***

Kuadrado 75-ci dəqiqədə Kolumbiyanın 3-cü qolunu vurub.


loading...