Yuxarı
loading...
loading...

Türkiyənin F-16 tipli təyyarələri Bakıda – FOTOLAR

23.06.2018 20:49 Oxunma sayı: 1427


Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” qrupuna daxil olan F-16 tipli təyyarələri ölkəmizə gəlib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təyyarələr Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək bayram tədbirlərində iştirak etmək məqsədilə gətirilib.

Qeyd edək ki, 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə Bakıda hərbi parad və mərasim keçiriləcək.

 


loading...