Yuxarı
loading...
loading...

Azərbaycanda bu yol çökdü

22.06.2018 16:35 Oxunma sayı: 1525


Bakı-Şamaxı-Yevlax yolunda çökmə olub.

Hadisə yolun Ağsu dolaylarından keçən hissəsində baş verib.

Yolun çökən hissəsi bağlanıb və avtomobillərin girişi qadağan edilib. Hazırda nəqliyyat vasitələri həmin ərazidə çəkilmiş alternativ yoldan istifadə edirlər.

Xatırladaq ki, Ağsu dolaylarında son illərdə bir neçə dəfə çökmə hadisəsi baş verib.


loading...