Yuxarı
loading...
loading...

“Qarabağ” kimi alır: Maklaflini, yoxsa Fiorillonu?

22.06.2018 15:24 Oxunma sayı: 1397


"Qarabağ" futbol klubu şotlandiyalı qolkiper Con Maklaflinə təklif göndərib.

“Deyli Ekspres”də yayılan bu məlumatı Qarabağ FK-nın mətbuat katibi Nurlan İbrahimov təsdiqləsə də, qarşı tərəfin cavabının hələ məlum olmadığını vurğulayıb. Onun sözlərinə görə, 31 yaşlı qapıçıya iki illik müqavilə təklif olunub.

Maklaflinin son klubu ötən mövsüm 33 dəfə meydana çıxdığı "Harts" olub. O, əvvəllər İngiltərə klublarında, o cümlədən, "Bredford" və "Barton"da da çıxış edib. Təcrübəli oyunçu bu ildən Şotlandiya millisinə dəvət almağa başlayıb və iyunun 2-də Meksikaya 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündə debüt edib.

Qeyd edək ki, "Qarabağ" klubunun italiyalı qapıçı Vinçenzo Fiorillonu heyətinə qatmaq niyyətində olduğu barədə məlumat yayılmışdı. Qeyd olunurdu ki, Ağdam təmsilçisi 28 yaşlı qolkiperin çıxış etdiyi "Peskara" klubu ilə razılıq əldə edib və transfer üçün 600 min avro ödəməyi planlaşdırır.

Xatırladaq ki, Qarabağ klubu ötən günlərdə 5 ildir ki, Qarabağın şərəfini qoruyan bosniyalı İbrahim Şehiçlə yollarını ayırıb.


loading...