Yuxarı
loading...
loading...

Ərdoğandan seçkidən sonra koalisiya mesajı

22.06.2018 10:22 Oxunma sayı: 1477


Türkiyədə seçki öncəsi kartof-soğan təxribatı; AKP-yə qarşı sabotajı kim edir?

“Türkiyədə müxalifəti ABŞ birləşdirib”. Bu sensasion iddianı Vatan Partiyasının sədri Doğu Perinçək ortaya atıb. Türkiyə mediasının yazdığına görə, Perinçək iddia edib ki, onun və partiyasının müxalifətin “Millət İttifaqı” koalisiyasına daxil olmasına ABŞ razılıq verməyib.

Perinçək müxalifətin məhz onunla deyil, HDP ilə ittifaqa getməsini Vaşinqtonun sifarişi adlandırıb. O deyib ki, CHP-yə koalisiya qurmaq üçün müraciət etsə də, “yox” cavabı alıb. Bunun əvəzinə HDP ilə ittifaqa gediblər. Eyni zamanda hökumətin ABŞ-la münasibətlərini tənqid edən Perinçək Vaşinqtona etibar etmənin doğru olmadığını bildirib.

Sitat: “Amerika ilə əməkdaşlıq edərək  Qəndili ağ bayraq qaldırmağa məcbur edə bilərsiniz?

PKK-nı dəstəkləyən ölkə ilə PKK-nı məhv etməyə çalışırsınız. Silahlı bir terror təşkilatı var, arxasında da Amerika, İsrail dayanıb. Buna qarşı İran, İraq, Rusiya ilə birlikdə dayana bilərsiniz. Türkiyə ABŞ və İsraili zərərsizləşdirmək üçün strategiya hazırlayacaq. NATO Türkiyəni düşmən olaraq görür. NATO və Qərb təhlükəsizliyimizi təhdid edir”.

Qeyd edək ki, Türkiyədə haqqında birmənalı münasibət olmayan Doğu Perinçək seçkilərdə ciddi elektoral dəstəyi olmasa da, partiyasında yüksək rütbəli keçmiş dövlət məmurları, hərbçilər təmsil olunur və bu səbəbdən də onu bəzi dairələr “dərin siyasətin adamı” adlandırırlar. Hazırkı hökumətə müxalif olsa da, Qərb əleyhdarlığı indiki hökumətlə Perinçəyin ortaq tərəfi hesab oluna bilər. Bu mənada Türkiyənin hökumətyönümlü mediası onun açıqlamalarına geniş yer verib. Ankarada isə seçkilər yaxınlaşdıqca siyasi gərginlik sürətlə yüksəlir. Son olaraq tərəvəz məhsullarının, xüsusən də soğan və kartofun qiymətlərinin yay olmasına rəğmən kəskin bahalaşmasını hakimiyyət rəsmiləri xarici provokasiya adlandırıb. Tərəvəzin qiymətləri isə sürətlə bahalaşır. Ən son olaraq soğanın bir kiloqramının qiyməti 6 lirəni ötüb. Türk lirəsinin sürətlə dəyər itirməsi, ardınca tərəvəz qiymətlərinin kəskin bahalaşması hökumət üçün seçkilər öncəsi pis sürprizdir. AKP hökuməti isə bu itkinin yerini uğurlu antiterror əməliyyatları ilə doldurmağa çalışır.

Menbic ile ilgili görsel sonucu

Həftənin əvvəlində Türkiyə ordusunun Menbicdə patrula başlaması xəbərinin ardınca indi də İraqda, xüsusən də Qəndildə əməliyyat xəbərləri gəlməyə başlayıb. Son günlər Türkiyə mediasında Qəndildə PKK düşərgələrinə Türkiyə ordusu xüsusi təyinatlılarının və kəşfiyyat qruplarının əməliyyatları barədə xəbərlər yayılmaqdadır.

İlk olaraq Türkiyə ordusunun Qəndil əməliyyatı çərçivəsində HDP lideri Səlahəddin Dəmirtaşın böyük qardaşı, PKK-lı terrorçu Nurəddin Dəmirtaşı öldürdüyü xəbərləri yayılıb. N. Demirtaşın Türkiyə Silahlı Qüvvələrinin Qəndim əməliyyatı zamanı öldürülməsi iddia olunub.

Ancaq kürd mənbələri bu məlumatı təsdiq etmir. Hazırda həbsdə olan və prezidentliyə rəsmən namizədliyi qeydə alınmış Səlahəddin Dəmirtaş isə qardaşının Ərbildə yaşadığını bildirib. Ancaq maraqlıdır ki, Türkiyə mənbələri eyni dövrdə həmçinin PKK-nın əsas liderlərindən olan Cəmil Bayıkın ələ keçirildiyi haqda xəbərlər yayıb. Mətbuatın iddiasına görə, Bayık Qəndildə həyata keçirilən hava zərbələrindən sonra qəfil əməliyyatlar ələ keçirilib. Hətta mətbuat Ərdoğanın Diyarbəkr mitinqində çıxışı zamanı PKK-nın liderlərinin həbs olunduğuna işarə edib. Lakin rəsmi mənbələr Bayıkın saxlanıldığını təsdiqləmir. Bütün bunlar daha çox seçkilərə hesablanmış təbliğat fəaliyyətləri hesab olunur. Ancaq istisna deyil ki, seçkilərə az qalmış hökumət Türkiyə seçicilərinə sürprizlər edəcək. Bu sürprizlər Qəndildə, Suriyada və ya ölkə daxilində ola bilər.

Menbic ile ilgili görsel sonucu

Maraqlıdır ki, hökumətin Qəndil, Menbic əməliyyatları kimi xaricdəki hərbi aksiyaları kənardan vurulur. Məsələn, Türkiyə ordusunun Menbicə daxil olması ilə bağlı xəbərlərdən dərhal sonra Vaşinqton Türkiyənin, sadəcə, Menbic rayonunda razılaşdırılmış patrul həyata keçirdiyini, Menbicin mərkəzinə isə daxil olmadığı haqda bəyanat yaydı. İraq baş naziri isə Qəndil əməliyyatı ilə bağlı Ankara ilə hər hansı razılaşma və koordinasiyalı fəaliyyətin olmadığını bəyan edib. Hətta İran da Qəndil əməliyyatına dəstək verməyib.

Bütün bunların məqsədli edildiyini demək olmaz. Ancaq görünən odur ki, Ankaranın tələm-tələsik xarici əməliyyatları tərəfdaşlarını o qədər də razı salmır. Bir şey aydındır ki, hazırkı hakimiyyətə qarşı ənənəvi Qərb müttəfiqləri o qədər də dost münasibəti səgiləmirlər. Hətta hər addımda dost olmadıqlarını nümayiş etdirməyə çalışırlar. Hazırkı hakimiyyət isə bunu bir mənada xarici təzyiq kimi öz xeyrinə istifadə etmək istəyir.

Bu arada Ərdoğanın koalisiya yaratmaqla bağlı mesajı da diqqət çəkir.  Türkiyədə keçiriləcək 24 iyun prezident və parlament seçkiləri ilə bağlı sorğuların nəticəsi göstərir ki, hazırkı prezident Rəcəb Tayyip Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) 600 mandatlı parlamentdəki çoxluğunu itirə bilər.

Ərdoğan ile ilgili görsel sonucu

Bir sıra investorlar seçkilərdən sonra Türkiyədəki siyasi proseslərin dalana dirənəcəyindən narahatdır. AKP parlamentdəki üstünlüyü qoruyub saxlaya bilməsə, hökumətin formalaşdırılmasında çətinlik yarana bilər.

Lakin Ərdoğan bu məsələdə heç bir problemin olmayacağına əmin edərək, koalisiya hökumətinin anonsunu verib.

“Əgər 300-dən az yer qazansaq, o zaman koalisiya üçün axtarışa çıxacağıq”, - deyə Ərdoğan bildirib. Lakin onun fikrincə, AKP-nin parlament çoxluğunu itirmə ehtimalı olduqca azdır.


loading...