Yuxarı
loading...
loading...

Səhv resept 456 xəstəni öldürdü

21.06.2018 13:56 Oxunma sayı: 1407


İngiltərənin Hempşir qraflığında yerləşən Gosport War Memorial xəstəxanasında pasiyentlərə güclü ağrıkəsicilərin verilməsi nəticəsində 456 nəfər həlak olub.

BBC xəbər verir ki, bu barədə 2014-cü ildən bəri milyonlarla tibbi sənədi araşdıran müstəqil komissiyanın hesabatında deyilir.

İddiaya görə 1989-2000-ci illər ərzində xəstəxananın pasiyentlərinə izafi dozalarda kliniki təsdiq olunmamış opioidlər verilib.

Qalmaqalın əsas fiqurantlarından olan həkim Ceyn Barton 1996-1999-cu illər ərzində 12 xəstəyə tibbi yardımın göstərilməsində səhlənkarlığa görə töhmət alsa da, ona qarşı heç bir cinayət işi açılmayıb və ölüm halları ilə bağlı faktlar üzə çıxdığı ərəfədə təqaüdə çıxıb.


Britaniya baş naziri Tereza Mey baş verənlərə görə dərindən üzüldüyünü bildirib. Qurbanların ailələrindən üzr istəyən Mey Milli səhiyyə idarəsinə qalmaqalı hərtərəfli araşdırmağı tapşırıb.


loading...