Yuxarı
loading...
loading...

Aparıcı Vüsalə kağızdan libas GEYİNDİ - FOTO

20.06.2018 15:36 Oxunma sayı: 1501


Azərbaycanlı modelyer Şəlalə Maqsudova “Danışan kağızlar” adlı geyim kolleksiyasını təqdim edib.

Ağ kağızdan hazırlanan libasları aparıcı Vüsalə Əlizadə nümayiş etdirib.

Modelyer kağızdan geyim hazırlamaq ideyasının necə yaranması ilə bağlı təəssüratlarını bölüşüb:

“Hər kəs kimi mənim də öz dünyam var! Rəngarəng çalarlarla dolu. Qumaşların, əşyaların, təbiətin insanlarla dialoqu mənim dünyamın ayrılmaz parçasıdır. Mənim dünyamda qəlblər və dəyərlər danışır. Dili olmayan gözəlliklər dillənir, canı olmayan əşyalar yaradıcılıq nəfəsimdən nəfəs alıb canlanır. Qərinələrlə kağız üzərində yaşayan yazılar elm gətirdi insanlara. Neçə aşiqlərə söz daşıdı, şairlərə sirdaş oldu, qanun oldu, kitab oldu. Mən də istədim libas olsun! Libas kimi danışsın. Bir balaca da olsa ruhunuzu oxşayıb, gözlərinizi sevindirəcəmsə nə xoş... Mənə bu işimdə yenə model kimi dəstək olan Atv-nin gözəl ürəkli gözəl simalı Vüsalə Əlizadəyə, fotoqraf Araz Bağırova, rəssam, stilist, vizajist Nərmin İbrahimovaya təşəkkür edirəm. Sizə libaslarınıza görə deyil, onları daşıya biləcək mənəvi dünyanıza görə dəyər verən Şəlalə Maqsudova".


loading...